حول العالمالقرآن الكريمالرئيسية
القرآن الكريم

As-Sharh (The Opening Forth) – Azərbaycan dilində tərcümə və ərəb mətni

About Surah Ash-Sharh (The Relief)

  • Surah 94 of 114
  • Meccan
  • 8 verses
  • Arabic name: الشرح

Surah Ash-Sharh (الشرح), "The Relief", is a Meccan surah with 8 verses. On Around The World every verse has its own page that brings together the Arabic text, the Sa'di and Jalalayn tafsir, the English meaning and related topics. Choose a verse number below.

All 8 verses: choose one for its tafsir

Surah As-Sharh ( The Opening Forth) - Azəri

Surah As-Sharh ( The Opening Forth) - Aya count 8

As-Sharh (The Opening Forth) 8 ayədən ibarət Məkki surədir. Mushafda sıra nömrəsi 94 olan bu surə Mədinə Mushafının 596 nömrəli səhifəsindən başlayır.

سورة الشرح مكية، عدد آياتها 8، وترتيبها 94 في المصحف، وتبدأ في الصفحة 596 من مصحف المدينة النبوية.

سورة الشرح بالعربية · الصفحة 596 من المصحف · تفسير السورة

أَلَمْ نَشْرَحْ لَكَ صَدْرَكَ ﴿١﴾

(Ya Peyğəmbər!) Məgər Biz (haqqı bilmək, elm və hikmət dəryası etmək üçün) sənin köksünü (qəlbini) açıb genişlətmədikmi?! (Allahın öz lütfü ilə köksünü açıb genişlətdiyi kimsənin qəlbinə Şeytan vəsvəsə sala bilməz. O, qüdsiyyət kəsb edər, vəhy qəbul etməyə layiq olar!)

وَوَضَعْنَا عَنكَ وِزْرَكَ ﴿٢﴾

Ağır yükünü səndən götürmədikmi?! (Sənin peyğəmbərlik yükünü yüngülləşdirmədikmi?!)

ٱلَّذِىٓ أَنقَضَ ظَهْرَكَ ﴿٣﴾

(Elə bir yük ki) sənin belini bükürdü.

وَرَفَعْنَا لَكَ ذِكْرَكَ ﴿٤﴾

Sənin ad-sanını (şan-şöhrətini) ucaltmadıqmı?! (Yerdə, göydə səndən söhbət gedər; xütbələrdə adın çəkilər!)

فَإِنَّ مَعَ ٱلْعُسْرِ يُسْرًا ﴿٥﴾

Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr! (Asanlıq yalnız çətinliklə hasil olar!)

إِنَّ مَعَ ٱلْعُسْرِ يُسْرًۭا ﴿٦﴾

Həqiqətən, hər çətinlikdən sonra bir asanlıq gələr! (Buna görə də çətinliklərə səbirlə dözmək lazımdır!)

فَإِذَا فَرَغْتَ فَٱنصَبْ ﴿٧﴾

(Ya Peyğəmbər!) Elə ki (risaləti təbliğ etməkdən və ya dünya işlərindən) azad oldun, qalx (dua et)! (Axirət üçün çalış-vuruş!)

وَإِلَىٰ رَبِّكَ فَٱرْغَب ﴿٨﴾

Və ancaq Rəbbinə yalvar! (Üzünü Allaha çevirib yalnız Onun köməyinə bel bağla, Ona tərəf yönəl!)