حول العالمالقرآن الكريمالرئيسية
القرآن الكريم

Al-Qadr (The Night of Decree) – Azərbaycan dilində tərcümə və ərəb mətni

About Surah Al-Qadr (The Power)

  • Surah 97 of 114
  • Meccan
  • 5 verses
  • Arabic name: القدر

Surah Al-Qadr (القدر), "The Power", is a Meccan surah with 5 verses. On Around The World every verse has its own page that brings together the Arabic text, the Sa'di and Jalalayn tafsir, the English meaning and related topics. Choose a verse number below.

All 5 verses: choose one for its tafsir

Surah Al-Qadr ( The Night of Decree ) - Azəri

Surah Al-Qadr ( The Night of Decree ) - Aya count 5

Al-Qadr (The Night of Decree) 5 ayədən ibarət Məkki surədir. Mushafda sıra nömrəsi 97 olan bu surə Mədinə Mushafının 598 nömrəli səhifəsindən başlayır.

سورة القدر مكية، عدد آياتها 5، وترتيبها 97 في المصحف، وتبدأ في الصفحة 598 من مصحف المدينة النبوية.

سورة القدر بالعربية · الصفحة 598 من المصحف · تفسير السورة

بِّسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ إِنَّآ أَنزَلْنَٰهُ فِى لَيْلَةِ ٱلْقَدْرِ ﴿١﴾

Həqiqətən, Biz onu (Qur’anı) Qədr gecəsi (lövhi-məhfuzda dünya səmasına) nazil etdik!

وَمَآ أَدْرَىٰكَ مَا لَيْلَةُ ٱلْقَدْرِ ﴿٢﴾

(Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, Qədr gecəsi nədir?!

لَيْلَةُ ٱلْقَدْرِ خَيْرٌۭ مِّنْ أَلْفِ شَهْرٍۢ ﴿٣﴾

Qədr gecəsi (savab cəhətdən) min aydan daha xeyirlidir! (O, ramazan ayının on doqquzuna, iyirmi birinə, iyirmi üçünə, iyirmi beşinə, bir rəvayətə görə isə iyirmi yeddisinə təsadüf edir).

تَنَزَّلُ ٱلْمَلَٰٓئِكَةُ وَٱلرُّوحُ فِيهَا بِإِذْنِ رَبِّهِم مِّن كُلِّ أَمْرٍۢ ﴿٤﴾

O gecə mələklər və ruh (Cəbrail) Rəbbinin izni ilə (həmin gündən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək) hər bir işdən dolayı (Allah dərgahından əmrlər alaraq) yerə enərlər.

سَلَٰمٌ هِىَ حَتَّىٰ مَطْلَعِ ٱلْفَجْرِ ﴿٥﴾

O gecə dan yeri sökülənə kimi (büsbütün) salamatlıqdır! (əmin-amanlıqdır) (Qədr gecəsi heç bir bəla nazil olmaz, o, bütünlüklə xeyir-bərəkətdən ibarətdir. O gecə mələklər yer üzündə gəzib Allahın müxlis bəndələrinə salam verərlər. Buna görə də Qədr gecəsi səhərə qədər oyaq qalıb ibadət etmək lazımdır!)